Service Detail Main Image

“Top Drive” üzrə əsaslı təmir və texniki xidmət

“Top Drive” üzrə əsaslı təmir və texniki xidmət

Glensol şirkəti təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etməklə, müxtəlif markalardan olan “top drive”-ların quraşdırılması və istismara verilməsi üzrə ixtisaslaşmışdır. Sertifikatlı mühəndislərimiz iş prosesini optimallaşdırarkən, təcrübəli texniklərimiz sərfəli texniki xidmət təklif edirlər. Biz rəqabətli qiymətlərlə 24/7 dəstək göstərməklə və istehsalat fasiləsinin minimuma endirilməsi üçün operativ cavab verməklə əməliyyat səmərəliliyini artıran etibarlı həllər təqdim edirik.

Xidmətlər:

  • “Top Drive”-ın təmiri və əsaslı təmiri
  • Yerində xidmət dəstəyi
  • “Top Drive”-ın quraşdırılması, sökülməsi və daşınması
  • Müntəzəm texniki qulluq və monitorinq
  • “Top Drive”-nın təftişi, əsaslı təmiri, problemlərin aradan qaldırılması
  • Xüsusi dizayn edilmiş dinamometrlə “top drive” sistemlərinin şaquli istismar sınağı
  • Profilaktik texniki xidmət (PTX) və əməliyyat dəstəyi
  • Həm yeni, həm də işlənmiş sistemlər üçün təkmilləşdirmə işləri
  • Universallaşdırılmış “top drive” idarəetmə sistemləri
  • Ehtiyat hissələrin təminatı
  • Manual və uzaqdan idarə olunan IBOP (preventor)
  • Qazma qurğusunun quraşdırmadan öncə yoxlanılması
  • Müvafiq mühərrik kabeli izolyasiyasının yoxlanılması və ya sınağı
  • Sistemin işə salınması və funksional sınağı
  • “Top Drive”-ın nəzarət siqnalının yoxlanılması
  • “Top Drive”-ın müxtəlif modellərinin mexaniki/elektrik/hidravlik sistemləri