Turbomaşınlar üzrə texniki xidmət

Glensol istehsalat fasiləsini azaldan və avadanlığın ömrünü uzadan ixtisaslaşmış turbomaşın xidmətləri təklif etməklə, əməliyyat səmərəliliyini artırır. Profilaktik texniki xidmət, qabaqcıl monitorinq və dəqiq təmir xidmətləri müxtəlif turbin növlərinin optimal işini təmin edir. Fərdi həllər, ehtiyat hissələrin optimallaşdırılması və davamlı dəstək sayəsində biz xərclərin azaldılmasına, etibarlılığın artırılmasına və sistemlərin qüsursuz işləməsinə kömək edirik.

Xidmətlər:

  • Kompüterləşdirilmiş texniki xidmət idarəetmə sistemi vasitəsilə turbomaşınlar üzrə profilaktik texniki xidmət
  • AC/DC generator sistemi üzrə profilaktik texniki xidmət, təftiş və əsaslı təmir
  • Boroskop təftişi
  • Turbomaşınların nasazlıqlarının aradan qaldırılması və təmir
  • Turbomaşın idarəetmə sisteminə texniki qulluq və nasazlıqların aradan qaldırılması xidmətləri
  • Mühərrik və kompressorun əsaslı təmiri (OAİ-nin (orijinal avadanlıq istehsalçısı) müəssisəsində)
  • Mexaniki kipkəc və quru qaz kipkəcinin dəyişdirilməsi və nasazlıqların aradan qaldırılması
  • Komponentlərin təmiri üçün qabaqcıl texnologiya
  • Komponentlərin təminatı və inventarın idarə edilməsi
  • Texniki nəzarət və layihənin idarə edilməsi
  • Vəziyyətin onlayn monitorinqi
  • Qurğuların mərkəzləşdirilməsi (lazerlə mərkəzləşdirmə üsulları daxil olmaqla)
  • Qurğuların təkmilləşdirilməsi və modifikasiyası
  • Turbomaşın ehtiyat hissələrinin optimallaşdırılması və idarə edilməsi
  • Texniki xidmət, təmir və təftiş prosedurlarının işlənib hazırlanması
  • Müxtəlif turbomaşın təlimlərinin təmin edilməsi
  • Çağırış əsasında səfərlər
  • İntiqallar qutusu üzrə texniki qulluq
  • Sahədə cihazların balanslaşdırılması

Xidmət göstərilən turbinlər:

Siemens, Solar, General Electric, MAN Turbo, Mitsubishi və s. şirkətlərin turbinləri də daxil olmaqla, ağır və yüngül sənaye turbinləri.