
Elektrik mühərrikləri və generatorlar üzrə texniki xidmət
Elektrik mühərrikləri və generatorlar üzrə texniki xidmət
Glensol şirkətinin Elektrik mühərrikləri üzrə texniki xidmət bölməsi elektrik mühərriklərinin və generatorların dayanıqlılığını və performansını artırır. EASA tərəfindən akkreditə olunmuş və IECEx sertifikatına malik Glensol komandası dəqiq təmir və nasazlıqların təhlili xidmətlərini və 24 saat boyunca dəstək göstərir. Məlumat-əsaslı yanaşma və qlobal təhlükəsizlik standartlarına uyğunluq sayəsində baha başa gələn nasazlıqların qarşısını almaq və əməliyyatları fasiləsiz davam etdirmək mümkündür.
Xidmətlər:
- Sökmə və təftişlər
- Qurğuların təkmilləşdirilməsi və modifikasiyası
- Geri sarma
- Stator özəyinin dəyişdirilməsi
- Təmirdən sonra partlayışa qarşı sertifikasiya
- Vəziyyətə əsaslanan monitorinqin təmin edilməsi
- Elektrik mühərriklərinin və generatorun əsaslı təmiri
- Montaj / sınaqdan keçirmə və sertifikatlaşdırma
- Razılaşdırılmış planlara uyğun olaraq müntəzəm profilaktik texniki xidmət (PTX)
- Texniki konsultasiya
- Yerində xidmətlərin göstərilməsi (24/7)