Biz kimik

Bizim dəyərlərimiz

Təhlükəsizlik

Biz biznes fəaliyyətimizi ən yüksək sosial, ətraf mühit və təhlükəsizlik standartlarına uyğun həyata keçiririk. Biz yüksək sosial məsuliyyət daşıyan şirkət olma öhdəliyinə sadiqik. İşçilərimizin və birlikdə işlədiyimiz hər kəsin sağlamlığına və təhlükəsizliyinə, aktivlərimizin və ətraf mühitin mühafizəsinə böyük önəm veririk.

İnsan yönümlülük

Biz uğurlarımızın əsas təkanverici qüvvəsi olan işçilərimizi ən dəyərli aktivimiz hesab edirik. Əməkdaşlarımızın rifahına və inkişafına böyük diqqət yetirməklə, biz mədəniyyətlərin, fikirlərin, bacarıqların və təcrübələrin müxtəlifliyini dəstəkləyən iş mühitinin yaradılması öhdəliyimizə sadiq qalırıq. Biz hər kəsin bərabər hüquq və imkanlara malik olduğu, dəyər və məmnunluq hissinin yüksək səviyyədə olduğu sağlam mühit təmin edirik.

Dürüstlük

Biz başqalarına və özümüzə qarşı dürüstük. Biz bütün işgüzar fəaliyyətlərdə ən yüksək etik standartlara əməl edirik. Biz vədimizi yerinə yetirir, cavabdehliyimizi qəbul edir və öz hərəkətlərimizə və hərəkətsizliyimizə görə məsuliyyət daşıyırıq.

Mükəmməllik

Biz iş prinsipimiz və sistemlərimizin davamlı inkişafı ilə yüksək səviyyəli iş icrası və əməliyyat mükəmməlliyi sayəsində gördüyümüz işdə mükəmməlliyə nail olmağa çalışırıq.

İnnovasiya

Bizim üçün innovasiyaya əsaslanan inkişaf mühümdür. Biz bütün tərəfdaşlar tərəfindən qiymətləndirilən rasional, risk-balansına malik təşəbbüslərə sərmayə qoymaq üçün qabaqcıl texnologiya və çevik iş metodlarının üstünlüklərindən istifadə edirik. Biz genişlənən mənfəət mənbələrini təmin etmək və ekoloji dayanıqlılığı qorumaq üçün innovativ həllər tətbiq edirik.