Məxfilik siyasəti
Bu Məxfilik Suyasəti Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli 998-IIIQ saylı “Şəxsi məlumatlar haqqında” Qanununun tələblərinə uyğun olaraq tərtib edilmişdir və “GLOBAL ENERGY SOLUTİONS” Məhdud Məsuliyyətli Cəmiyyətinin Sizin şəxsi məlumatlarınızın işlənməsi qaydasını və təhlükəsizliyinin təmin edilməsi tədbirlərini müəyyən edir.
1. Ümumi müddəalar
GLOBAL ENERGY SOLUTIONS MMC (VÖEN: 1002454561) (bundan sonra – “GLENSOL”, “Şirkət”, “biz” və ya “bizim”) Sizin məxfiliyinizə hörmətlə yanaşır və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, o cümlədən şəxsi məlumatların qorunması və məxfiliklə bağlı normativ-hüquqi aktların tələblərinə əməl etməyi öhdəsinə götürür.
Siz şəxsi məlumatlarınızı açıqlamadan www.glensol.az (“Sayt”) ünvanına daxil ola bilərsiniz. Bu Məxfilik Siyasəti şəxsi məlumatların hansı hallarda toplanması, emalı, istifadəsi və qorunması qaydalarını izah edir.
2. Şəxsi məlumatların toplanması
2.1. GLENSOL şəxsi məlumatlarınızı yalnız sizin razılığınız əsasında toplayır. Bu, adətən, aşağıdakı hallarda baş verir:
- qeydiyyat və ya anketlərin doldurulması zamanı;
- müştəri sorğuları göndərdiyiniz zaman;
- bizimlə elektron poçt və ya digər kommunikasiya vasitəsilə əlaqə saxladığınız zaman.
2.2. Toplana biləcək şəxsi məlumatlara aşağıdakılar daxildir:
- ad və soyad;
- telefon nömrəsi;
- e-poçt ünvanı;
- poçt ünvanı;
- qeydiyyat və ya sorğu zamanı təqdim etdiyiniz digər məlumatlar.
2.3. Şəxsi məlumat təqdim etməklə Siz onların bu Siyasətdə göstərilən məqsədlərlə emal olunmasına razılıq vermiş olursunuz.
3. Şəxsi məlumatların istifadəsi
3.1. Toplanan məlumatlar aşağıdakı məqsədlərlə istifadə oluna bilər:
- sorğulara cavab vermək və xidmətlər təqdim etmək;
- mübahisələri həll etmək və narahatlıqları aradan qaldırmaq;
- təhlükəsizliyi təmin etmək və fırıldaqçılığın qarşısını almaq;
- təkliflər, məhsullar, xidmətlər və yeniliklər barədə məlumat vermək;
- istifadəçi təcrübəsini fərdiləşdirmək;
- hüquqi öhdəlikləri icra etmək.
3.2. İstəyə bağlı onlayn sorğular vasitəsilə əlavə məlumat toplana bilər (yaş, cins, poçt indeksi və s.). Bu məlumatlar yalnız könüllü şəkildə təqdim olunduqda emal edilir.
4. Məlumatların paylaşılması
- 4.1. Şəxsi məlumatlar yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq açıqlana bilər.
- 4.2. Zəruri hallarda (məsələn, cinayətlərin qarşısının alınması, dövlət orqanlarının sorğularının icrası və s.) məlumatlar hüquq-mühafizə orqanlarına təqdim oluna bilər.
5. İnformasiya təhlükəsizliyi
- 5.1. GLENSOL şəxsi sizin məlumatlarınızın qorunması üçün müvafiq texniki və inzibati tədbirlər görür.
- 5.2. Bununla belə, internet üzərindən məlumat ötürülməsi (e-poçt, mesaj və s.) şifrələnmədiyi halda tam təhlükəsiz hesab edilmir. GLENSOL nəzarətindən kənar hallarda şəxsi məlumatların icazəsiz əldə edilməsinə görə məsuliyyət daşımır.
6. Kukilərdən istifadə
- 6.1. Saytda istifadəçi təcrübəsini yaxşılaşdırmaq məqsədilə kukilərdən (cookies) istifadə edilir. Kukilər sizin cihazınızda saxlanılan kiçik fayllardır və saytın daha funksional işləməsinə kömək edir.
- 6.2. İstifadəçi brauzer parametrlərindən kukiləri məhdudlaşdıra və ya silə bilər, lakin bu halda saytın bəzi funksiyaları məhdudlaşa bilər.
7. İstifadəçinin hüquqları
İstifadəçilər şəxsi məlumatlarının emalı ilə bağlı aşağıdakı hüquqlara malikdirlər:
- 7.1. Məlumat əldə etmək hüququ – İstifadəçi Şirkət tərəfindən onun haqqında hansı məlumatların toplandığını və emal edildiyini öyrənə bilər.
- 7.2. Düzəliş hüququ – Əgər təqdim edilmiş məlumatlar yanlış və ya natamamdırsa, İstifadəçi onların düzəldilməsini tələb etmək hüququna malikdir.
- 7.3. Məlumatların silinməsi hüququ (“unutulmaq hüququ”) – İstifadəçi qanunvericiliyə uyğun hallarda şəxsi məlumatlarının silinməsini tələb etmək hüququna malikdir.
- 7.4. Emalı məhdudlaşdırmaq hüququ – İstifadəçi şəxsi məlumatlarının müəyyən hallarda emal edilməsinin məhdudlaşdırılmasını tələb etmək hüququna malikdir.
- 7.5. Müxalif olmaq hüququ – İstifadəçi şəxsi məlumatlarının marketinq və ya digər qeyri-zəruri məqsədlərlə emal edilməsinə etiraz etmək hüququna malikdir.
- 7.6. Razılığı geri çağırmaq hüququ – Şəxsi məlumatların emalı razılıq əsasında həyata keçirilirsə, İstifadəçi istənilən vaxt bu razılığı geri çağıra bilər.
8. Məxfilik Siyasətinə dəyişikliklər
- 8.1. GLENSOL bu Məxfilik Siyasətinə istənilən vaxt dəyişiklik etmək hüququna malikdir.
- 8.2. Dəyişikliklər Saytda dərc edildiyi andan qüvvəyə minir.
9. Əlaqə məlumatları
Şəxsi məlumatların qorunması ilə bağlı suallarınızı bizə ünvanlaya bilərsiniz:
Telefon:
E-poçt: info@glensol.az