Xidmətlər
Your One Stop Shop
Glensol anbar xidmətlərinin hərtərəfli idarə edilməsi və satıcı tərəfindən idarə olunan inventar (VMI) həlləri təqdim etməklə, optimal ehtiyatların mövcudluğunu və xidmətə yararlılığı təmin edir.
Turbomasınlar üzrə texniki xidmət
Glensol istehsalat fasiləsini azaldan və avadanlığın ömrünü uzadan ixtisaslaşmış turbomaşın xidmətləri təklif etməklə, əməliyyat səmərəliliyini artırır.
Nasoslar üzrə texniki xidmət
Biz peşəkar texniki xidmət, qabaqcıl monitorinq, eləcə də sistemlərin etibarlılığını və performansını artıran fərdi həllər vasitəsilə yüksək dəyər təqdim edirik.
Klapanlar üzrə texniki xidmət
Təcrübəli mütəxəssislərdən ibarət komandalarımız yerində dəstək, klapanların təmiri və yüksək təzyiq sınağı (1600 barG-a qədər) kimi xidmətləri təmin edirlər.
Elektrik mühərrikləri və generatorlar üzrə texniki xidmət
Glensol-un Elektromotor Texniki Baxım Bölməsi elektrik mühərriklərinizin və generatorlarınızın davamlılığını və performansını artırır.
Elektrik avadanlıqları üzrə texniki xidmət
Glensol Xəzər regionunda quruda və dənizdə əməliyyatlara təkan verən ixtisaslaşmış elektrik və ölçmə xidmətləri ilə performansın səmərəliliyini artırır.
Statik avadanlıqların təmiri
Xidmətlərimiz səmərəliliyi maksimuma çatdırır, avadanlıqların ömrünü uzadır, dayanma müddətini azaldır və təhlükəsizliyi təmin edir.
“Top Drive” üzrə əsaslı təmir və texniki xidmət
Glensol şirkəti təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etməklə, müxtəlif markalardan olan “top drive”-ların quraşdırılması və istismara verilməsi üzrə ixtisaslaşmışdır.
Ölçmə və nəzarət sistemləri üzrə texniki xidmət
Glensol, innovativ və sərfəli sənaye idarəetmə sistemləri, şəbəkə və avtomatlaşdırma həlləri təqdim edir.
Aktivlərin idarə olunması
Biz aktivlərin fəaliyyətini optimallaşdırmaq, avadanlıqların istismar müddətini uzatmaq və istehsalat fasiləsini azaltmaq üçün xüsusi həllər təqdim edirik.
Təlim xidmətləri
Glensol beynəlxalq standartlara riayət etməklə, xarici işçi qüvvəsi üçün yüksək keyfiyyətli, səriştə əsaslı təlimlər keçir.
Mühəndislik, satınalma, tikinti
Glensol iri miqyaslı EPC (MST) layihələrinin icrası üzrə üstün səriştəyə sahibdir, layihələndirmədən istismara verilmə prosesinə qədər hərtərəfli həllər təqdim edir.