Anbar və satıcı tərəfindən idarə olunan inventarlar

Glensol anbar xidmətlərinin hərtərəfli idarə edilməsi və satıcı tərəfindən idarə olunan inventar (VMI) həlləri təqdim etməklə, optimal ehtiyatların mövcudluğunu və xidmətə yararlılığı təmin edir. Xüsusi saxlama yerlərimiz fərqli ehtiyaclara cavab verir, istehsalat fasiləsini minimuma endirir, BP və SOCAR kimi iri müştərilər üçün səmərəli əməliyyatları dəstəkləyir. Biz risklərin azaldılmasına və etibarlılığa fokuslanmaqla 17,000-dən çox elementi idarə edirik.

Diqqətli monitorinq və xüsusi anbar təcrübələrinin, eləcə də risklərin azaldılması strategiyalarının həyata keçirilməsi ilə biz müştərilərimiz üçün səmərəli, etibarlı əməliyyatları təmin etmək məqsədilə stokda olan uyğunsuzluqları aradan qaldırır, istehsalat fasiləsini minimuma endirir və daşıma risklərini azaldırıq.

Xidmətlər:

  • Kimyəvi maddə anbarı – 350 kv.m
  • Standart anbar – genişləndirmə imkanı və limitsiz rəf sistemi ilə 7500 kv.m-dən artıq sahə
  • Xüsusi anbar – rütubət və temperatura nəzarət etməklə 700 kv.m-lik tozdan uzaq anbar sahəsi
  • Açıq anbar – genişləndirmə imkanı ilə 70,000 kv.m-lik sahə
  • VMI həlləri – ehtiyat hissələrin və mexanizmlərin idarə edilməsi, o cümlədən müntəzəm monitorinq və vaxtında göndərmə
  • Risklərin Azaldılması Sistemləri – qəza ehtiyat generatoru, kondisionerlər üçün UPS ehtiyat batareya və ildırımdan mühafizə
  • Ehtiyatların uyğunlaşdırılması və problemlərin həlli – müştərilərimiz üçün 18,000-dən çox element üzrə uyğunsuzluqların yoxlanılması və ehtiyatların idarə edilməsi