İstifadəçi razılaşması

Bu İstifadəçi Razılaşması GLOBAL ENERGY SOLUTIONS MMC tərəfindən idarə olunan www.glensol.az domen adlı vebsaytdan istifadə qaydalarını müəyyən edir. İstifadəçi Razılaşması vebsayt vasitəsilə təqdim olunan bütün xidmətlərdən istifadə edən şəxslərlə GLOBAL ENERGY SOLUTlONS arasında hüquqi qüvvəyə malik müqavilə hesab olunur.

Vebsaytdan istifadə etməklə, İstifadəçi bu İstifadə Razılaşmasının şərtlərini qəbul etmiş və onlara əməl etməyi öhdəsinə götürmüş sayılır.

Təriflər

Bu İstifadə Razılaşmasında istifadə olunan terminlər aşağıdakı mənaları ifadə edir:

  • “Razılaşma” – hazırki İstifadə Razılaşması, Global Energy Solutuions MMC-in vebsaytından istifadə qaydalarını, tərəflərin hüquq və vəzifələrini, həmçinin məsuliyyət və məhdudiyyətləri müəyyən edən razılaşmadır.
  • “İstifadəçi” – vebsayta daxil olan, qeydiyyatdan keçən və ya qeydiyyatdan keçmədən vebsaytdan istifadə edən fiziki və ya hüquqi şəxsdir.
  • “Şirkət”, “GLENSOL” – GLOBAL ENERGY SOLUTIONS MMC, Azərbaycan Respublikasında qeydiyyata alınmış, (VÖEN 1002454561) - vebsaytın sahibi və idarəedicisidir.
  • “Vebsayt” - Şirkətə məxsus və Şirkət tərəfindən idarə olunan www.glensol.az domeni.

2. İstifadə Razılaşmasının qəbul edilməsi

  • 2.1. Vebsaytdan istifadə etməklə İstifadəçi bu Razılaşmanın şərtlərini qəbul etmiş və onlara əməl etməyi öhdəsinə götürmüş olur.
  • 2.2. İstifadəçi bu Razılaşma ilə tam və ya qismən razı deyilsə, Vebsaytı tərk edib istifadə etməməlidir.

3. İstifadəçi öhdəlikləri

  • 3.1. İstifadəçi Vebsaytdan yalnız qanuni məqsədlərlə istifadə etməlidir.
  • 3.2. İstifadəçi təqdim etdiyi məlumatların düzgünlüyünə görə tam məsuliyyət daşıyır.
  • 3.3. İstifadəçi Vebsaytdan istifadə zamanı üçüncü şəxslərin hüquqlarını, habelə müəlliflik hüquqlarını və əqli mülkiyyətini pozmamaq öhdəliyini öz üzərinə götürür.

4. Məxfilik və məlumatların qorunması

  • 4.1. GLENSOL İstifadəçinin şəxsi məlumatlarını Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli 998-IIIQ nörməli “Fərdi məlumatlar haqqında” Qanununa uyğun olaraq emal edir və qoruyur.
  • 4.2. Şirkət şəxsi məlumatları yalnız xidmətlərin göstərilməsi və qanuni öhdəliklərin icrası məqsədilə istifadə edə bilər.

5. Məlumatların istifadəsi ilə bağlı məhdudiyyətlər

  • 5.1. İstifadəçi bu Razılaşma üzrə bütün öhdəliklərini yerinə yetirdiyi halda, vebsaytda yerləşdirilmiş məlumatlara baxmaq, surətini çixartmaq, çap etmək və bölüşmək (yalnız məzmunun əsas mahiyyəti təhrif edilmədən) hüququna malikdir.
  • 5.2. Belə istifadə yalnız məlumat xarakterli və qeyri-kommersiya məqsədləri üçün nəzərdə tutulur.
  • 5.3. Məlumatların çıxarılmış surətində mülkiyyət hüququ haqqında bildiriş və ya məzmunla əlaqəli digər qeydlər saxlanılmalıdır.
  • 5.4. İstifadəçi vebsayt vasitəsilə göndərilən bütün məlumat və müraciətlərin düzgünlüyünə görə məsuliyyət daşıyır.

6. Məsuliyyətin məhdudlaşdırılması

  • 6.1. GLENSOL Vebsaytdan istifadənin nəticəsində yarana biləcək dolayı zərərlərə görə məsuliyyət daşımır.
  • 6.2. İstifadəçi Vebsaytdan istifadə zamanı qanunvericiliyi pozarsa, məsuliyyət tam şəkildə İstifadəçinin üzərinə düşür.

7. Razılaşmaya dəyişikliklər

  • 7.1. GLENSOL istənilən vaxt bu Razılaşmanın şərtlərini dəyişdirmək hüququna malikdir.
  • 7.2. Dəyişikliklər Vebsaytda dərc edildiyi andan qüvvəyə minir.

8. Mübahisələrin həlli

  • 8.1. Mübahisələr ilkin olaraq danışıqlar yolu ilə həll olunmalıdır.
  • 8.2. Razılıq əldə edilmədikdə, mübahisələr Azərbaycan Respublikasının məhkəmələrində həll ediləcəkdir.

9. Digər şərtlər

8.1. İstifadəçi GLENSOL ilə əlaqə saxlamaq üçün info@glensol.az elektron ünvanına müraciət edə bilər.