Nasoslar üzrə texniki xidmət

Biz peşəkar texniki xidmət, qabaqcıl monitorinq, eləcə də sistemlərin etibarlılığını və performansını artıran fərdi həllər vasitəsilə yüksək dəyər təqdim edirik. Bizim proaktiv yanaşmamız avadanlıqlarınızın ən yüksək səmərəliliklə işləməsini, xərclərin azaldılmasını və istismar vaxtının artırılmasını təmin edir, eyni zamanda fərdiləşdirilmiş xidmətlərimiz biznesinizin özünəməxsus ehtiyaclarına cavab verir.

Xidmətlər:

Nasos sistemləri üzrə təcrübəli komandamız kompleks texniki xidmət və təmir işlərinə fokuslanmışdır:

Aksial nasos sistemləri:

  • Şaquli val konfiqurasiyaları
  • Qarışıq axın dizaynları

Mərkəzdənqaçma nasos sistemləri:

  • Tək və çoxmərhələli
  • Üfüqi və şaquli konfiqurasiyalar
  • API 610-a uyğun xidmətlər

Porşenli nasos sistemləri:

  • Plunjer və porşen dizaynları
  • Güc blokunun optimallaşdırılması
  • Maye bloku üztə texniki qulluq

Vintli nasos sistemləri:

  • Tək, ikili və çoxlu vint konfiqurasiyaları

Avadanlıq üçün köməkçi sistemlər:

  • Yağlama sistemləri
  • Soyutma sistemləri
  • Monitorinq və nəzarət sistemləri

Qabaqcıl kipkəc sistemləri:

Mexaniki kipkəclər

  • Tək və ikili mexaniki kipkəclər
  • Kartric kipkəc sistemləri
  • API 682-yə uyğunluq
  • Profilaktik texniki xidmətin planlaşdırılması
  • Proqnozlaşdırıcı texniki xidmətin təhlili
  • Fövqəladə hallara cavab xidməti

Nasosların hərtərəfli əsaslı təmiri və bərpası:

  • Çoxmərhələli texnoloji nasoslar
  • Asqılı texnoloji nasoslar
  • Sualtı nasos sistemləri

Sənaye ventilyasiya sistemləri:

  • Mərkəzdənqaçma və aksial ventilyatorlar
  • Balanslaşdırma və mərkəzləşdirmə

Vəziyyətin qabaqcıl monitorinqi:

  • Vibrasiya təhlili
  • Termoqrafiya
  • Performansın tendensiyasının müəyyən edilməsi

Layihələndirmə xidmətləri/Geri layihələndirmə imkanları:

  • 3D skanerləmə və modelləşdirmə
  • Material təhlili
  • Ölçülərin yoxlanılması
  • CAD sənədləri
  • Texniki spesifikasiyalar

Strateji təhlükəsizlik ehtiyatlarının idarə edilməsi:

  • Kritik ehtiyat hissələrin təhlili
  • İnventarın optimallaşdırılması
  • Saxlama və konservasiya