Mühəndislik, satınalma, tikinti

Glensol iri miqyaslı EPC (MST) layihələrinin icrası üzrə üstün səriştəyə sahibdir, layihələndirmədən istismara verilmə prosesinə qədər hərtərəfli həllər təqdim edir. Qaz kompressor stansiyalarının modernizasiyası, elektrik stansiyalarının genişləndirilməsi və mürəkkəb qaz təmizləmə qurğularının təhvil verilməsi sahəsində əldə etdiyimiz təcrübə operativ, səmərəli çatdırılmanı və ən yüksək sənaye standartlarına uyğunluğu təmin edir. Biz əməliyyatların səmərəliliyini optimallaşdırmağa və müştəri ehtiyaclarını qarşılamağa fokuslanmışıq.

Xidmətlər:

  • Mühəndislik dizaynı
  • Satınalma və təchizat zənciri
  • Tikinti və quraşdırma
  • Layihələrin idarə edilməsi
  • İstismara vermə və işə salma
  • Sistemin optimallaşdırılması
  • Texniki xidmət və dəstək