Media

Glensol bp üçün elektrik mühərrikinin təmiri xidmətlərini həyata keçirir

1 mart 2019
Glensol bp üçün elektrik mühərrikinin təmiri xidmətlərini həyata keçirir

01/03/2019

Glensol şirkəti “bp Exploration (Caspian Sea) Limited” şirkəti ilə yeni müqavilə imzalayıb. Müqavilə çərçivəsində GLENSOL elektrik mühərriklərinə hərtərəfli texniki xidmət göstərəcək. Buraya birbaşa və ya dəyişən cərəyanlı mühərriklərin, təhlükəli zonanın elektrik mühərriklərinin təmiri, əsaslı təmiri və təkmilləşdirilməsi, yerində xidmətlər, vəziyyətin monitorinqi, avadanlıqların təchizatı, eləcə də ehtiyat hissələrin təchizatı və dəyişdirilməsi daxildir. Glensol, həmçinin bütün elektrik fırlanan avadanlıqların temperatur və rütubətlə idarə olunan konservasiyasını təmin edir.

“Glensol öz müştərilərinə yüksək səviyyəli xidmətlər göstərmək qabiliyyətinə malikdir. Biz regionda aparıcı Vahid Pəncərədən Xidmət təminatçısı olmaq məqsədi ilə portfelimizi genişləndirməyə çalışırıq", deyə Glensol şirkətinin Baş direktoru Tamerlan Əliyev bildirib.

2012-ci ildə “Nobel Oil Services” şirkətlər qrupunun törəməsi kimi yaradılan Glensol neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmətin göstərilməsi üzrə ixtisaslaşıb və avadanlıqların bütövlüyünün idarə edilməsi, istismar etibarlığının təmin edilməsi, turbinlərə, klapanlara, nasoslara texniki qulluq və təmir xidmətlərini göstərir. SOCAR, bp və digər böyük şirkətlər onun müştəriləri sırasındadır.