Media

Glensol bp-dən təhlükəsizlik sahəsindəki uğurlarına görə mükafat alıb

25 fevral 2020
Glensol bp-dən təhlükəsizlik sahəsindəki uğurlarına görə mükafat alıb

bp şirkəti 19 fevral 2020-ci il tarixində podratçıların təhlükəsizliyinə dair 2-ci foruma ev sahibliyi etmişdir. “Nobel Oil Services” şirkətinin iki törəmə müəssisəsi – Glensol və SDL Nobel bp şirkətinin podratçıları olaraq tədbirdə iştirak etməyə dəvət almışdır. Forumun məqsədi anbar fəaliyyətini həyata keçirərkən təhlükəsizliyin gücləndirilməsi və risklərin idarə edilməsi baxımından bp şirkəti və onun podratçıları arasında kommunikasiyanın vacibliyinə dair fikir mübadiləsi aparmaq, qabaqcıl təcrübələri bölüşmək və panel müzakirələrdə iştirak etməkdir.

Glensol şirkətinin Baş direktorunun müavini Anar Orucov Anbar Fəaliyyətinin İdarə edilməsi və Təchizatçılar tərəfindən İdarə edilən İnventara Kompleks Yanaşma haqqında təqdimatla tədbirə qatılanlar arasında idi. Bundan əlavə, Glensol şirkəti 2019-cu ildə təhlükəsizlik, avadanlıqlara texniki xidmət və anbar fəaliyyəti standartları üzrə fəaliyyətlərin təkmilləşdirilməsi üçün təhlükəsizlik sahəsindəki nailiyyətlərə görə mükafat almışdır.

“Mən bp şirkətinə təkcə öz əməkdaşlarının deyil, həm də ümumilikdə bütün podratçıların təhlükəsizliyinə sərhədsiz qayğı göstərdiyinə görə təşəkkür edirəm. İşçilərimiz bizim üçün müstəsna dəyər daşıyır və mən şirkətimizdə çalışan hər bir əməkdaşın işini yüksək qiymətləndirirəm. Çünki bu mükafat komandanın birgə qazandığı nailiyyətdir. Bu, böyük bir məsuliyyət idi, lakin biz daha böyük məqsədlərə çatmaq üçün bu yolla getməyi davam edəcəyik Çünki biz ötən hər bir gün ilə müqayisədə daha yaxşı olmaq istəyirik” – deyə Anar Orucov bildirmişdir.

“Bu mükafat əməkdaşlarımızın çalışdığı işgüzar mühiti daha təhlükəsiz və daha rahat etmək üçün göstərdiyimiz bütün səylərin ən yaxşı təsdiqidir”, “Nobel Oil Services” şirkətinin Baş Kommersiya direktoru Eldar Məmmədzadə qeyd etmişdir.

2012-ci ildə “Nobel Oil Services” şirkətlər qrupunun törəməsi kimi yaradılan Glensol neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmətin göstərilməsi üzrə ixtisaslaşıb və avadanlıqların bütövlüyünün idarə edilməsi, istismar etibarlığının təmin edilməsi, turbinlərə, klapanlara, nasoslara texniki qulluq və təmir xidmətlərini göstərir. SOCAR, bp və digər böyük şirkətlər onun müştəriləri sırasındadır.

SDL Nobel neft-qaz sənayesinə dənizdə və quruda istehsal xidmətlərinin göstərilməsi sahəsində ixtisaslaşmış şirkətdir. Onun göstərdiyi xidmətlər çeşidinə istehsal və iş sahəsinin quraşdırılması, istehsal edilmiş materialların yoxlanılması, istehsal edilmiş materialların təzyiq altında sınağı və digər xidmətlər daxildir.

Glensol haqqında

2012-ci ildə “Nobel Energy” şirkətlər qrupunun neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmət üzrə törəmə müəssisəsi kimi qurulan Glensol şirkəti regionda və bütün dünyada fırlanan avadanlıqlar və turbomaşınlar üzrə təmir və nəzarət xidmətləri, böyük enerji şirkətlərinə istismar xidmətləri və texniki xidmətlər göstərməklə yerli və beynəlxalq neft və qaz şirkətlərinin etibarlı təminatçısı olmuşdur.

Daha çox məlumat üçün www.glensol.az səhifəsini ziyarət edə bilərsiniz.

Image
Image
Image
Image