Media
Glensol "SAP" korporativ informasiya sistemini tətbiq edir
1 aprel 2016
Glensol SAP və OpenText əsasında korporativ informasiya sistemini tətbiq edir.
Bu ERP (Müəssisə Resurslarının Planlaşdırılması) sisteminin tətbiqi Glensol-a mərkəzləşdirilmiş məlumat bazası yaratmağa, məlumatların dəqiqliyini və keyfiyyətini yüksəltməyə, sənayedə ən yaxşı beynəlxalq standartlara uyğun olaraq əsas əməliyyat sahələrində biznes proseslərini təşkil etməyə və optimallaşdırmağa imkan verir. Sistem Glensol-a icbari və daxili hesabatların hazırlanmasında əməyin intensivliyini və vaxtı azaltmaqla idarəetmənin səmərəliliyini və keyfiyyətini artırmağa imkan verir.
Vahid avtomatlaşdırılmış sənəd və məlumat idarəetmə sisteminin tətbiqi ilə Glensol sənədlərin hazırlanması prosesində və ümumilikdə sənəd dövriyyəsində səmərəliliyin əhəmiyyətli dərəcədə artmasına, həmçinin istifadə olunan məlumatların dəqiqliyi və aktuallığının yaxşılaşmasına nail olacaqdır. Bu irəliləyiş Glensol-a əməliyyat, təchizat zənciri, maliyyə, insan resursları və idarəetmə proseslərimizin hər bir mərhələsində səmərəliliyi və şəffaflığı artırmağa imkan verəcək.
Sistem Rusiyanın əsas İT layihələrinin icrasında ixtisaslaşmış aparıcı həll təminatçılarından biri olan INLINE GROUP tərəfindən tətbiq olunur.
Glensol neft və qaz yataqları əməliyyatlarını və avadanlıqlara texniki xidməti əhatə edən geniş çeşidli təkliflərə malik aparıcı xidmət təminatçısıdır. SOCAR, BP və digər mühüm sənaye şirkətləri onun müştəriləri arasındadır.
Glensol haqqında
2012-ci ildə “Nobel Energy” şirkətlər qrupunun neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmət üzrə törəmə müəssisəsi kimi qurulan Glensol şirkəti regionda və bütün dünyada fırlanan avadanlıqlar və turbomaşınlar üzrə təmir və nəzarət xidmətləri, böyük enerji şirkətlərinə istismar xidmətləri və texniki xidmətlər göstərməklə yerli və beynəlxalq neft və qaz şirkətlərinin etibarlı təminatçısı olmuşdur.
Daha çox məlumat üçün www.glensol.az səhifəsini ziyarət edə bilərsiniz.