Media

Glensol öz biznesini Qazaxıstana genişləndirir

28 dekabr 2017
Glensol öz biznesini Qazaxıstana genişləndirir

Azərbaycanda fəaliyyət göstərən, neft-qaz, enerji, su, kimya sənayelərində kompleks texniki xidmətlər sahəsində aparıcı təchizatçılardan biri olan Glensol şirkəti bu ay Qazaxıstana öz biznesini genişləndirərək ölkənin neft-qaz sənayesinin mərkəzi olan Aktau şəhərində yeni ofis və xidmət mərkəzini açıb.

Glensol Qazaxıstan regiondakı müştərilərə yüksək səviyyədə texniki xidmətlər göstərəcək və Qazaxıstanın neft-qaz bazarında fəaliyyətini genişləndirəcək.

“Aktauda yeni ofis və emalatxananın açılışı inkişafımızın yeni bir mərhələsi olaraq Glensol şirkətinin yerli və beynəlxalq səviyyədə artan imkanlarını və təcrübəsini nümayiş etdirir. Biz Aktau şəhərinin strateji mövqeyindən faydalanaraq Qazaxıstanda fəaliyyətimizin genişlənməsini gözləyirik” – deyə şirkətin Baş direktoru Tamerlan Əliyev bildirib.

2012-ci ildə “Nobel Oil Services” şirkətlər qrupunun törəməsi kimi yaradılan Glensol neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmətin göstərilməsi üzrə ixtisaslaşıb və avadanlıqların bütövlüyünün idarə edilməsi, istismar etibarlığının təmin edilməsi, turbinlərə, klapanlara, nasoslara texniki qulluq və təmir xidmətlərini göstərir. SOCAR, bp və digər böyük şirkətlər onun müştəriləri sırasındadır.