Media

Glensol və “Denholm Valvecare (UK) Limited” gücünü yeni birgə müəssisədə birləşdirdi

18 sentyabr 2015
Glensol və “Denholm Valvecare (UK) Limited” gücünü yeni birgə müəssisədə birləşdirdi

2015-ci ilin sentyabr ayında Glensol və “Denholm Valvecare (UK) Limited” şirkətləri neft, qaz və neft-kimya sənayelərində klapanları tam istismar dövrü ərzində dəstəkləmək üçün GVL birgə müəssisəsini yaratdılar.

Yeni birgə müəssisə ana şirkətlərin dəstəyi ilə klapanlara yüksək səviyyəli texniki xidmət, eləcə də, klapanın əsaslı təmiri, klapanın diaqnostikası və mühəndis dəstəyi xidmətlərini həyata keçirəcək.

“GVL-in təsisçi tərəfdaşı olaraq biz beynəlxalq təcrübə və peşəkarlığı bir qurum daxilində birləşdirən yerli şirkətin yaradılmasını elan etməkdən məmnunuq” - deyə Glensol-un Baş direktoru Tamerlan Əliyev bildirib. "GVL əhəmiyyətli layihələr üçün təklif verməyi hədəfləyir və biz bazarda lider mövqe tutmağı ümid edirik" - deyə Tamerlan Əliyev əlavə edib.

Glensol şirkəti neft və qaz yataqları əməliyyatlarını və avadanlıqlara texniki xidməti əhatə edən geniş çeşidli təkliflərə malik aparıcı xidmət təminatçısıdır. SOCAR, bp və digər mühüm sənaye şirkətləri onun müştəriləri arasındadır.