Media

Glensol kritik gücünü təkmilləşdirir

11 iyul 2024
Glensol kritik gücünü təkmilləşdirir

Bu yaxınlarda bp Azərbaycanın dəniz əməliyyatlarına dəstək verən Glensol şirkətinin texniki komandası xarici sənaye eksperti tərəfindən 5 günlük fundamental əməliyyatlar və texniki xidmət təlimində iştirak edib. Kursun məqsədi müştərilərin kritik avadanlıqlarının əsas texniki aspektləri və onların istismarı üzrə iştirakçıların təkmilləşdirilməsi idi.

Glensol müştəri məmnuniyyətinə kompleks yanaşmanı dəstəkləyir və müştəri avadanlıqlarının işini başa düşməyin əhəmiyyətini vurğulayır. Müvafiq olaraq, təlim kursu iştirakçıların həm nəzəri, həm də vizual savadlarını artırmışdır. Dördüncü gün komanda tədqiq etdikləri qaz turbin hissələrini və boroskop təftişinin əsaslarını öyrənmək üçün Glensol-un “vahid pəncərədən xidmət” emalatxanasına baş çəkib.

bp əməliyyatının başlanğıcında Bakıda ilk dəfə təlim keçmiş sabiq Rolls-Royce təlimçisinin bilikləri ilə proqram iştirakçılar üçün dərin və zəngin təcrübə qazandırmışdır.

Proqramın son günündə komanda üzvləri Glensol-un şəhər ofisində bir az da texniki biliklər əldə ediblər.