Media
Glensol daha bir strateji aktivin dəstəklənməsinə start verib
3 avqust 2021
Glensol Azərbaycan və Gürcüstanda yüksək strateji aktiv üçün texniki xidmət, təmir, istismar, eləcə də zavod və ehtiyatların idarə edilməsi xidmətlərinin göstərilməsi üçün çoxsaylı müqavilələr imzaladığını məmnuniyyətlə elan edir.
Müqavilələrin əhatə dairəsinə aşağıdakılar daxildir:
- Gürcüstanda strateji aktiv olan RB211 və Taurus 60 qaz turbinlərinin istismarı, texniki xidməti və ehtiyat hissələrinin təchizatı;
- Azərbaycan və Gürcüstanda strateji aktiv olan bütün klapanların texniki xidməti, zavod və ehtiyatların idarə edilməsi xidmətləri;
- Azərbaycanda kritik aktiv komponent olan avadanlıqların müntəzəm yoxlanılması və texniki xidməti, nasazlıqlara cavab və təmir işləri.
“Glensol şirkəti 2012-ci ildən bəri çoxsaylı dəniz platformalarına, 4 ədəd ixrac borusuna və Səngəçal terminalına öz xidmətlərini göstərir. Bu strateji aktivin portfelimizə qoşulması ilə biz böyük beynəlxalq enerji layihələrinə təhlükəsiz və etibarlı dəstəyimizi davam etdirməkdən qürur duyuruq”, Glensol-un Baş direktoru Tamerlan Əliyev bildirib.
2012-ci ildə “Nobel Oil Services” şirkətlər qrupunun törəməsi kimi yaradılan Glensol neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmətin göstərilməsi üzrə ixtisaslaşıb və avadanlıqların bütövlüyünün idarə edilməsi, istismar etibarlığının təmin edilməsi, turbinlərə, klapanlara, nasoslara texniki qulluq və təmir xidmətlərini göstərir. SOCAR, bp və digər böyük şirkətlər onun müştəriləri sırasındadır.
“Nobel Oil Services” enerji sənayesində ixtisaslaşmış çoxşaxəli şirkətlər qrupudur. “Nobel Oil Services” qrupuna daxil olan şirkətlər qazma, tikinti və layihənin idarə edilməsi, həmçinin avadanlıqlara texniki xidmət, satınalma və təchizat zəncirinin idarə edilməsi və təkmilləşdirilmiş neft bərpası xidmətləri göstərir.