Media

Glensol “Rockwell Automation” şirkətinin PartnerNetwork tərəfdaşlıq proqramı çərçivəsində Bürünc səviyyəli Sistem İnteqratoru statusu əldə edib

13 oktyabr 2026
Glensol “Rockwell Automation” şirkətinin PartnerNetwork tərəfdaşlıq proqramı çərçivəsində Bürünc səviyyəli Sistem İnteqratoru statusu əldə edib

Glensol, “Rockwell Automation” şirkətinin PartnerNetwork tərəfdaşlıq proqramı çərçivəsində Bürünc səviyyəli Sistem İnteqratoru statusu əldə etdiyini məmnuniyyətlə bildirir.

Birgə fəaliyyət şirkətin sənaye avtomatlaşdırılması sahəsində texniki imkanlarının daha da inkişaf etdirilməsinə, avadanlıqların etibarlılığının və istismar səmərəliliyinin artırılmasına şərait yaradacaq. “Rockwell Automation” və onun regional distribütoru “AB International” ilə əməkdaşlıq çərçivəsində öz müştərilərinə innovativ və effektiv həllər təqdim edilməsi, eləcə də onların fəaliyyətinə əlavə dəyər qazandırılması hədəflənir.

Bu əməkdaşlığın gələcəkdə də uğurla davam edərək yeni nailiyyətlərə yol açacağına inanırıq!