Media
Glensol artıq IECEx sertifikasiyalı xidmət təminatçısıdır
2 noyabr 2023
“Nobel Energy”nin neft-mədən əməliyyatları və avadanlıqlara texniki qulluq üzrə törəmə şirkəti olan Glensol IECEx Xidmət Obyektlərinin Sertifikatlaşdırılmasına (Partlayıcı Atmosferlərdə İstifadə üçün Avadanlıqların Standartlara Sertifikatlaşdırılması üzrə Beynəlxalq Elektro-Texniki Komissiya Sistemi) nail olmaqla son nailiyyətlərini elan etməkdən qürur duyur. Sertifikat Glensol-un ən yüksək sənaye standartlarını saxlamaq öhdəliyini və təhlükəsiz və uyğun təmir, əsaslı təmir və modifikasiya xidmətlərini təqdim etmək öhdəliyini təsdiq edir.
IECEx Uyğunluq Sertifikatı təsdiqləyir ki, Glensol-un xidmət obyektində şirkətin təmir, əsaslı təmir və ya modifikasiya işlərinin IECEx tələblərinə cavab verdiyini təmin etmək üçün lazım olan müvafiq avadanlıq, ixtisaslı kadr və əməliyyat prosesləri mövcuddur. O, həmçinin Glensol-un “vahid pəncərədən xidmət” obyektinin IECEx Əməliyyat Sənədi OD 014-də göstərilən keyfiyyət sistemi standartlarına uyğunluğunu yoxlamaq üçün hərtərəfli auditdən keçdiyini təsdiq edir.
Glensol şirkətinin Baş direktorunun müavini Anar Orucov nailiyyətdən qürur duyduğunu dilə gətirib: "IECEx sertifikatı Glensol üçün daha bir mühüm mərhələdir. Bu, bizim ən yüksək beynəlxalq standartlara riayət etməyə və müştərilərimizə yüksək səviyyəli xidmətlər təqdim etməyə sadiqliyimizi göstərir. Şirkətimiz öz ənənəsini davam etdirməkdən qürur duyur və bu sertifikat müştərilərimizin kritik əməliyyatlarının təhlükəsizliyinə və etibarlılığına töhfə vermək üçün sarsılmaz öhdəliyimizi nümayiş etdirir.
Glensol-un IECEx Xidmət Obyektlərinin Sertifikatlaşdırılmasına nail olması şirkətin neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmət sektorunda etibarlı və nüfuzlu xidmət təminatçısı kimi mövqeyini daha da möhkəmləndirir”.