Media

Glensol JOCAP və “Wood” nümayəndələrini öz xidmət mərkəzində qəbul edib

14 dekabr 2023
Glensol JOCAP və “Wood” nümayəndələrini öz xidmət mərkəzində qəbul edib

Dekabrın 7-də Glensol JOCAP və “Wood” nümayəndələrini “vahid pəncərədən xidmət” emalatxanasında qarşılayıb. Xidmət mərkəzinin inteqrasiya olunmuş xidmətlər göstərmək gücünü nümayiş etdirməyə imkan verən səfər qonaqlara şirkətin peşəkar xidmət və texniki mükəmməlliyə sadiqliyinin şahidi olmaq üçün unikal imkan verib.

Səfər zamanı qonaqlar, rəhbərlik və gənc heyət müxtəlif obyektləri müşahidə edərək Glensol-un təklif etdiyi çevik və inteqrasiya olunmuş həllər haqqında öyrəniblər. Bu da onun neft və qaz sənayesi üçün “vahid pəncərədən xidmət” mərkəzi kimi nüfuzunu gücləndirir.

“Wood” şirkətinin İşlərin icrası üzrə meneceri Hugh Kelly səfərlə bağlı fikirlərini bölüşüb: "Wood”un gənc mühəndisləri, həqiqətən də, Glensol işçilərinin biliyi və həvəsinə və şirkətin xidmətlər çeşidinə heyran qaldılar."

Glensol şirkətinin Baş direktorunun müavini Anar Orucov deyib: "Biz yeni müştərimiz JOCAP və uzunmüddətli tərəfdaşımız “Wood”un nümayəndələrini emalatxanamızda qəbul etməkdən məmnun olduq. Onlar müştərilərimizin təhlükəsiz və etibarlı əməliyyatlarına töhfə verən dünya səviyyəli obyektlə tanış olmaq fürsəti əldə etdilər. Glensol davamlı olaraq əməliyyat mükəmməlliyinin yüksəldilməsi və strateji tərəfdaşlıqların gücləndirilməsi yolu ilə işlərin təhlükəsiz və etibarlı icrasına sadiq qalır”.