Media

Glensol Enerji İstehsalı Sisteminin Təkmilləşdirilməsi üzrə Konseptual Tədqiqat Layihəsini Həyata Keçirəcək

10 sentyabr 2026
Glensol Enerji İstehsalı Sisteminin Təkmilləşdirilməsi üzrə Konseptual Tədqiqat Layihəsini Həyata Keçirəcək

Məmnuniyyətlə bildiririk ki, Glensol bp-nin Çıraq dəniz platformasında mövcud enerji istehsalı sisteminin təkmilləşdirilməsi, optimallaşdırılması və gələcək istismar tələblərinə uyğunlaşdırılması üzrə konseptual tədqiqat layihəsini həyata keçirəcək.

Tədqiqat çərçivəsində mövcud enerji istehsalı infrastrukturunun hərtərəfli qiymətləndirilməsi aparılacaq. Əsas diqqət enerji istehsal gücünün artırılması, enerji səmərəliliyinin yüksəldilməsi, istismar müddətini başa vurmuş və ya köhnəlmiş avadanlıqların yenilənməsi, eləcə də sistemin ümumi etibarlılığının və məhsuldarlığının artırılması imkanlarının müəyyənləşdirilməsinə yönəldiləcək.

Glensol-un mühəndislik və texnologiya sahəsindəki təcrübəsinə əsaslanaraq, platformanın əməliyyat tələblərinə cavab verə biləcək potensial texniki həllər və modernizasiya imkanları qiymətləndiriləcək, eyni zamanda, mövcud enerji istehsalı sisteminin optimallaşdırılması və uzunmüddətli perspektivdə daha səmərəli fəaliyyətinin təmin edilməsi üçün texniki cəhətdən əsaslandırılmış yanaşmalar nəzərdən keçiriləcək.

Layihə çərçivəsində istismar müddətini başa vurmuş avadanlıqların yaratdığı risklərin qiymətləndirilməsi və əməliyyatların davamlılığını dəstəkləyəcək yenilənmə həllərinin müəyyənləşdirilməsi də nəzərdə tutulur. Bu yanaşma enerji istehsalı sisteminin etibarlılığının artırılmasına və platformanın uzunmüddətli istismar tələblərinin dəstəklənməsinə xidmət edəcək.

Bu layihənin əldə edilməsi Glensol-un mühəndislik imkanlarının daha da gücləndirilməsi və mürəkkəb enerji infrastrukturu üçün dəyər yaradan mühəndislik həllərinin təqdim edilməsi istiqamətində növbəti mühüm addımdır.

Bu layihə Glensol-un mühəndislik imkanlarının daha da gücləndirilməsi və Azərbaycanın enerji infrastrukturunun təhlükəsiz, səmərəli və etibarlı fəaliyyətinin dəstəklənməsi istiqamətində növbəti mühüm addımdır.