Media

Glensol bir daha beynəlxalq standartlara sadiqliyini təsdiqləyib

22 oktyabr 2026
Glensol bir daha beynəlxalq standartlara sadiqliyini təsdiqləyib

Glensol “Scandinavian Certification” tərəfindən keçirilən auditin nəticələrinə əsasən üç beynəlxalq ISO sertifikatını uğurla yeniləyib.

Yenilənmiş sertifikatlara ISO 9001:2015 – Keyfiyyətin İdarə Edilməsi Sistemi, ISO 14001:2015 – Ətraf Mühitin İdarə Edilməsi Sistemi və ISO 45001:2018 – Əməyin Sağlamlığı və Təhlükəsizliyinin İdarə Edilməsi Sistemi daxildir. Bu uğur Glensol-un İnteqrasiya Olunmuş İdarəetmə Sisteminin müvafiq beynəlxalq standartların tələblərinə uyğunluğunu bir daha təsdiqləyir.

Bu nailiyyət şirkətin idarəetmə sistemlərinin effektivliyinin artırılması, yüksək standartların qorunması və əməliyyat fəaliyyətinin davamlı təkmilləşdirilməsi istiqamətindəki fəaliyyətini əks etdirir.