Media
Glensol və Milli Aviasiya Akademiyası “Azneft”in texniklərinə təlim keçib
17 oktyabr 2022
“Nobel Energy”nin neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmət üzrə törəmə şirkəti olan Glensol Milli Aviasiya Akademiyası ilə birgə SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) texnikləri üçün Təlim Proqramı keçirib.
“Neft-qaz sənayesində istismar olunan avadanlıqlara texniki xidmət göstərən kadrların hazırlanması”nın məqsədi texnikləri bütün zəruri bilik və bacarıqlarla təmin etmək idi.
“Azneft” İB-nin “28 May”, “Neft Daşları” Neft və Qazçıxarma İdarələrinin texnik-mexanikləri, elektrik işçiləri və elektronçuları üçün Təlim Proqramı Glensol şirkətinin texniki mütəxəssisləri və Milli Aviasiya Akademiyasının professor-müəllim heyəti tərəfindən Akademiyanın müəssisələrində tədris olunub.
Təlim Proqramı başa çatdıqdan sonra “Azneft” İB-də proqram iştirakçılarına sertifikatların təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Sertifikatları təlim iştirakçılarına təqdim edən “Azneft” İB-nin Baş direktoru Şahmar Hüseynov deyib: “Biz tələblərin getdikcə artdığı bir dünyada işçilərin texniki bilik və bacarıqlarının artırılmasının vacibliyini etiraf edirik. Bu məqsədlə biz Glensol və Milli Aviasiya Akademiyası tərəfindən peşəkar şəkildə təqdim olunan proqrama qoşulmuşuq.
Bütün iştirakçıları belə faydalı bir proqramı bitirmələri münasibətilə səmimi qəlbdən təbrik edir və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram”.
Glensolun Baş direktoru Tamerlan Əliyev deyib: “Glensol uzun müddətdir ki, Azneft İB-yə texniki xidmət, təmir və əməliyyat layihələrində xidmət göstərir, lakin tərəfdaş şirkətdən olan dəyərli həmkarlarımız üçün təlim proqramına başlamağımız əməkdaşlığımızda yeni səhifənin açılmasında irəliyə doğru atılan mühüm bir addımdır.
Eyni zamanda, Glensol ilə Milli Aviasiya Akademiyası arasındakı səmərəli əməkdaşlığın əhəmiyyətini vurğulamaq istərdim. Ötən il Akademiya ilə imzalanmış müqavilə bu kimi yüksək səviyyəli texniki təlimlərin keçirilməsi üçün güclü zəmin yaratmışdır. Əminəm ki, səylərimizi birləşdirməklə biz xidmətlərimizin coğrafiyasını daha da genişləndirə, həm mövcud, həm də potensial xarici müştərilərimizə öz təlim xidmətlərimizi təklif edə bilərik.
2012-ci ildə “Nobel Energy”nin neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmətin göstərilməsi üzrə törəmə şirkəti kimi yaradılmış Glensol fırlanan avadanlıqlar, o cümlədən turbomaşın xidmətləri və idarəetmə sistemləri, istismar və texniki qulluq kimi xidmət çeşidləri ilə yerli və beynəlxalq neft və qaz şirkətlərinin (SOCAR, bp və regionda və dünyada digər böyük enerji şirkətləri) etibarlı təchizatçısı olmuşdur.