Media

Glensol və ENRX mühüm texnologiyanın nümayişi üçün Açıq Gün təşkil edib

12 iyul 2023
Glensol və ENRX mühüm texnologiyanın nümayişi üçün Açıq Gün təşkil edib

Bu yaxınlarda Glensol şirkəti qlobal yaşıl texnologiya şirkəti ENRX (keçmiş EFD) ilə birgə Glensol-un “Vahid Pəncərədən Xidmət” (One Stop Shop) emalatxanasında müştəriləri üçün texnologiya Açıq Günü təşkil edib.

İki gün davam edən tədbir Glensol və ENRX arasındakı yeni tərəfdaşlığı qeyd etmək, həmçinin dənizdəki qurğularda geniş istifadə olunan ENRX-ə məxsus texnologiyaların - induksiyalı isitmə sistemlərinin (isitmə həllərinin) təqdimatını keçirmək məqsədi daşıyıb.

Glensol şirkətinin Baş direktor müavini Anar Orucov açılış nitqində qeyd edib: “Tərəfdaşlıq əməkdaşlığına başlamaq bizim üçün strateji qərardır və tərəfdaşları seçərkən biz əsas üç cəhətə üstünlük veririk: qabiliyyət, dayanıqlılıq və yerli mütəxəssislərin bacarıqlarının inkişaf etdirilməsi. Bunlar bizim öhdəliklərimizi mümkün olan ən yüksək səviyyədə yerinə yetirməyimiz üçün vacib amillərdir.

Bizim ENRX ilə olan əməkdaşlığımız buna gözəl nümunədir. ENRX şirkətinin induksiyalı isitmə və digər yaşıl həll texnologiyaları üzrə olan onilliklərin təcrübəsi bizə dənizdə texniki qulluq xidmətimizi daha təhlükəsiz, sərfəli, sürətli və ən vacibi isə dayanıqlı şəkildə görməyə imkan verir.

Bizim yüksək təlim keçmiş mühəndislərimiz açıq alovdan istifadə mümkün olmayan təhlükəli ərazilərdə istiliyi bir neçə saniyə ərzində vermək, yaymaq və metal komponentləri asanlıqla və təhlükəsiz şəkildə çıxarmaq üçün induksiyalı isitmə avadanlıqlarından istifadə edirlər. Son olaraq, fürsətdən yararlanaraq mən, bizim tərəfdaş şirkətimizə bu qabaqcıl

texnologiyadan səmərəli şəkildə istifadə edə bilmələri üçün yerli mütəxəssislərimizin təlimində göstərdikləri dəstəyə görə təşəkkür etmək istəyirəm. Bu, milliləşdirmə strategiyasına olan vacib töhfədir”.

ENRX şirkətinin Biznesin İnkişafı üzrə icraçısı Skot Klayv Donald deyib: “ENRX və Glensol Xəzər regionundakı müştərilərə xidmət etmək üçün birgə işləyəcəklər. Glensol-un təlim keçmiş mühəndisləri və ENRX şirkətinin ixtisaslı mühəndisləri metalların termal genişlənmə üsulu ilə montajı, boya və astar örtüklərinin çıxarılması və qaynaq öncəsi və sonrası metalın qızdırılma prosesindən tutmuş boltların çıxarılmasına qədər sənaye üçün həyati vacib olan texniki iş yükünün öhdəsindən asanlıqla gələ biləcəklər.

Hər iki şirkətin yaxın və birgə fəaliyyəti müştərilərə “vahid pəncərədən xidmət” göstərərək biznes və daha böyük miqyasda sənaye üçün daha çox dayanaqlılığı təmin edəcək. Bu baxımdan keçirdiyimiz iki günlük tədbir böyük uğur idi, belə ki, müştərilər bizim xidmətlərimizin onlara və sənayeyə nə kimi dəyər qata biləcəyinə dair həm məlumat əldə etdilər, həm də prosesi öz gözləri ilə gördülər”

2012-ci ildə “Nobel Energy”nin neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmətin göstərilməsi üzrə törəmə şirkəti kimi yaradılmış Glensol fırlanan avadanlıqlar, o cümlədən turbomaşın xidmətləri və idarəetmə sistemləri, istismar və texniki qulluq kimi xidmət çeşidləri ilə yerli və beynəlxalq neft və qaz şirkətlərinin (SOCAR, bp və regionda və dünyada digər böyük enerji şirkətləri) etibarlı təchizatçısı olmuşdur.