Media
Baryerləri qırmaq: Glensol ənənəvi olaraq istehsalçılar tərəfindən idarə olunan turbin yoxlanışını öz üzərinə götürür
23 dekabr 2024
Glensol SOCAR-Uniper-in 16,000 kVt-luq Mitsubishi əks təzyiq buxar turbininin (ST-702) və GE 702 turbin generatorunun böyük texniki yoxlanışının uğurla tamamlanmasını qürur hissi ilə elan edir.
Azərikimya zavodunda Mitsubishi buxar turbininin texniki xidməti üçün tenderi udan ilk yerli şirkət olaraq Glensol Azərbaycanın enerji sektorunda yerli təcrübə üçün yeni bir meyar qoydu. SOCAR-Uniper tərəfindən idarə olunan bu zavod SOCAR-ın strateji obyektlərinin dəstəklənməsində, Etilen-Propilen zavodunun əsas enerji və buxarla təchiz olunmasında mühüm rol oynayır.
Buxar turbini generatorları idarə etmək və elektrik enerjisini istehsal etmək üçün yüksək təzyiqli, yüksək temperaturlu buxarı mexaniki enerjiyə çevirərək zavod fəaliyyətlərinin təməl daşı rolunu oynayır. Enerji istehsalına əlavə olaraq, turbin kimyəvi emal və istilik kimi sənaye tələblərini ödəmək üçün xüsusi təzyiqlərdə və temperaturlarda texnoloji buxar verir. Bu ikili məqsədli funksiya əməliyyat səmərəliliyini, enerji xərclərinin azaldılmasını və sabit enerji və buxar təchizatını təmin edir.
Əvvəllər Mitsubishi buxar turbininin texniki yoxlanışı eksklüziv olaraq Orijinal Avadanlıq İstehsalçısı (OAİ) tərəfindən aparılırdı. İndi isə Glensol kritik texniki xidmət əməliyyatlarında yerli təcrübənin gücünü nümayiş etdirərək bu öhdəliyi uğurla üstlənmişdir.
Layihənin əhatə dairəsinə turbin qurğusunun hərtərəfli yoxlanışı – optimal iş qabiliyyətini qoruyub saxlamaq üçün hər 12 aydan bir icra olunan mühüm tapşırıq daxildir. Glensol yoxlamanı uğurla başa vuraraq şirkətin yüksək riskli, texniki cəhətdən mürəkkəb layihələri idarə etmək qabiliyyətini gücləndirdi.
Bu mərhələ Glensol şirkətinin əvvəllər OAİ tərəfindən tənzimlənən kritik texniki əməliyyatları idarə etmək qabiliyyətini göstərir. Bir turbin qurğusunu uğurla tamamlamaq və ikincisi ilə irəliləmək komandamızın yerli imkanları artırmaq və yüksək strateji infrastrukturun etibarlılığını təmin etmək sahəsində təcrübəsini və fədakarlığını göz önünə sərir” - deyə Glensol şirkətinin Texniki Xidmətin Göstərilməsi üzrə meneceri Ramil Cəfərov bildirib.