
Beynəlxalq
Cənubi Qafqaz Boru Kəməri və qaz stansiyaları
Layihə haqqında
Qaz turbinlərinə texniki xidmət
Ölkə: Gürcüstan
Layihə SOCAR Midstream Operation-un Gardabani CSG1, Tsalka CSG2 və gələcək SCPx genişlənmələri daxil olmaqla, ümumilikdə 15 OEM qaz turbinindən ibarət bütün sahə parkını əhatə edir. Glensol-un təqdim etdiyi xidmətlər:
- Layihə idarəçiliyi və diaqnostika: Müasir diaqnostik alətlərdən istifadə, real vaxt rejimində monitorinq, trend və mühərrik jurnallarının analizi ilə nasazlıqların vaxtında aşkarlanması və aradan qaldırılması.
- Ehtiyat hissələrinin təminatı
- Sahə xidmətləri: OEM mühərrikləri üzrə gündəlik texniki xidmət – mühərrik və kompressorun sökülməsi və quraşdırılması, anti-surj klapanların sazlanması, generator və ötürücü qutuların montajı və demontajı, uyğunlaşdırma və vibrasiya analizləri.
- Turbinlərin əsaslı təmiri
- Təlim proqramları
Müştəri üçün üstünlüklər: Fərdi yanaşmaya əsaslanan texniki xidmət planları xərclərə qənaət, mühərriklərin daha səmərəli işləməsi, ehtiyat hissələrinin düzgün seçilməsi, həmçinin dayanma vaxtının və istehsal itkisi risklərinin minimuma endirilməsini təmin edir.